"MedAura" klinikası ilə bağlı protokol tərtib olunub

img

24-11-2025 [16:18]


Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib.

Bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:

"Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib".

Qeyd edək ki, Bakıda "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA