"Neftçi" klubu Samir Abasovu istefaya göndərib

img

24-11-2025 [12:05]


"Neftçi" baş məşqçisi Samir Abasovu istefaya göndərib.

Mia.az Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub.

Paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı fikrini qətiləşdirib və müqaviləyə xitam verilib.

Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından "Neftçi"nin baş məşqçisi idi. O, daha əvvəl 2020-2022-ci illərdə də "ağ-qaralar"ı çalışdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:51 22.11.2025

Əhməd Oruc vəfat edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA