"Araz" supermarketlər şəbəkəsi "Zəfər xatirələri" sənədli filmini təqdim edib - FOTOLAR
24-11-2025 [10:47]
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə "Araz" supermarketlər şəbəkəsinin hazırladığı "Zəfər xatirələri" sənədli filminin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə "Veysəloğlu Şirkətlər Qrupu"nun təsisçisi və Baş İcraçı direktoru Aydın Talıbov, "Araz" supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, şirkətin rəhbər şəxsləri, şəhid ailələri, qazi əməkdaşlar və digər rəsmi qonaqlar iştirak ediblər.
Sənədli film 44 günlük Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş "Araz" supermarketlər şəbəkəsinin qəhrəman əməkdaşlarının real döyüş xatirələrindən bəhs edir. Filmdə müharibə iştirakçıları Vətən uğrunda mübarizə yolundan, döyüş meydanında yaşadıqları unudulmaz anlardan və göstərdikləri fədakarlıqlardan danışıblar.
Tədbirdə çıxış edən "Veysəloğlu Şirkətlər Qrupu"nun təsisçisi və Baş İcraçı direktoru Aydın Talıbov müharibə iştirakçısı olan əməkdaşlara minnətdarlığını ifadə edib. O bildirib ki, Azərbaycanın tarixi Zəfəri Ali Baş Komandanın müdrik siyasəti, minlərlə igidin şücaəti, fədakarlığı və Vətən sevgisi hesabına qazanılıb: "Bu gün burada toplaşmağımızın məqsədi yalnız o günləri xatırlamaq deyil, həm də bu qələbəni bizə qazandıran qəhrəmanlarımızın xatirələrini əbədi yaşatmaqdır. "Araz" ailəsinin bir parçası olan əməkdaşlarımızın bu şərəfli tarixdə pay sahibi olması bizim üçün böyük qürurdur".
Aydın Talıbov əlavə edib ki, "Veysəloğlu Şirkətlər Qrupu" hər zaman şəhid ailələrinin və müharibə iştirakçılarının qayğı ilə əhatə olunması, qəhrəmanlıq tariximizin yaşadılması istiqamətində layihələr həyata keçirməyə davam edəcək.
Tədbirdə həmçinin "Araz"ın şəhid əməkdaşlarının ailə üzvləri çıxış edərək qəhrəmanlarımızın həyat yolundan bəhs edib, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə təşəkkür ediblər.
"Zəfər xatirələri" sənədli filminin hazırlanmasında məqsəd Vətən müharibəsində iştirak etmiş əməkdaşların qəhrəmanlığını geniş ictimaiyyətə çatdırmaq, onların göstərdiyi cəsarət və vətənpərvərliyi gələcək nəsillərə ötürməkdir.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı