Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin üzvləri toplandı - Bu dəfə  Şuşada (FOTO, YENİLƏNİB)

img

24-11-2025 [10:37]


Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin birinci Şuşa Forumunda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin, eləcə də Türkiyənin terrorla mübarizədə həyatını itirən qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mia.az xəbər verir ki, Şuşa şəhərində #Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu öz işinə başlayıb.

Forum iki ölkədən 15 beyin mərkəzi və akademik institutun nümayəndələrini bir araya gətirir. Forumda Azərbaycan və Türkiyənin xarici siyasətindəki əsas trendlər və əməkdaşlıq imkanları, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya perspektivləri, ikitərəfli əməkdaşlıqda nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı amilləri əsas müzakirə mövzularıdır. STM sədri, millət vəkili Zahid Oruc Forumda iştirak edir.

***

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu öz işinə başlayıb.

Mia.az xəbər verir ki, forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edirlər.

Tədbir çərçivəsində regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq.

Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:51 22.11.2025

Əhməd Oruc vəfat edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA