Ərdoğanla Putin telefonda müzakirə aparıb - Açıqlama

img

24-11-2025 [16:36]


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığə olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışğında Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, Rusiya ilə Ukrayna arasındakı müharibə, regional və qlobal məsələlər ətraflı fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinə ədalətli və davamlı sülhlə son qoymaq üçün səylərini davam etdirəcək: "Türkiyə keçmişdə olduğu kimi, tərəflər arasında birbaşa təması asanlaşdıracaq və regionda davamlı sülhün yolunu açacaq bütün diplomatik təşəbbüslərə və planlara töhfə verməyə hazırdır".

Lamiyə Əhmədli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA