TFF prezidentindən mərc oyunları ilə bağlı açıqlama: "Bəzi klublar problemlə üzləşəcək"

img

24-11-2025 [15:15]


Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) İbrahim Ethem Hacıosmanoğlu mərc oyunlarına qatılan 371 hakim, 1024 futbolçuya verilən cəzalarla prosesin bitmədiyini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, prosesin davam etdiyini, hətta yeni-yeni siyahıların ortaya çıxma ehtimalının yüksək olduğunu deyib.

TFF prezidenti bildirib ki, onlara məlumat prokurorluqdan göndərilir: "Hazırda türk futbolunda zəlzələ var. Bizə yeni məlumatlar göndrilir. Düzdür, bəzi məlumatlar hələ araşdırma mərhələsində olduğundan bizə verilməyib. Biz bu təqdim olunmayan məlumatlarla bağlı prokurorluğa müraciət etmişik. Hesab edirəm, bu xoşagəlməz prosesin sonunda bəzi klublar zərər görəcək. Lakin bunu biz etməliyik. Türk futbolu bu prosesdən bəlkə də bir-iki il əziyyət çəkəcək. Lakin biz dayanmayacağıq, mübarizə aparacağıq. Çünki bir neçə ildən sonra türk futbolu parlaq yola qədəm qoyacaq. Bu prosesin sonu bizi bu yola aparacaq"

Fərid ASLAN
MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA