Vəhdət Partiyasında "qazan qaynayır": sabiq sədr və tərəfdarları ayağa qalxdı - Yeni sədr müşavirini qoruya biləcək?
21-11-2025 [10:47]
Vəhdət Partiyasında "qazan qaynayır".
Mia.az xəbər verir ki, partiya sədrinin müşaviri Cümşüd Nuriyevin sabiq sədr Tahir Kərimlini sosial media hesabında "vurması" daxildə gərginlik yaradıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, bunu nəzərə alan Tahir Kərimli təxminən 30 il rəhbərlik etdiyi partiyanı bu ilin iyun ayında qalmaqallı iş adamı Adəm İsmayıl Bakuviyə təhvil verməsinə baxmayaraq, "ayağa qalxıb": "Tahir Kərimli Ali Məclisin bir neçə üzvünü də səfərbər edərək, Cümşüd Nuriyevin partiyadan xaric edilməsini tələb edib. Məsələ artıq partiyanın müvafiq qurumunda müzakirə olunur. Sədr Adəm İsmayıl Bakuvi qalmaqalı yatırmaq istəsə də, buna nail ola bilməyib. Ona açıq şəkildə deyilib ki, dirənərsə, partiya sədrliyi məsələsini də gündəmə gətirə, hətta erkən qurultayla onu da yola sala bilərlər. Bir sözlə, partiyada artıq Adəm İsmayıl Bakuvinin sədrliyi də təhlükə altına düşüb...".
Mia.az-a verilən məlumatı partiyanın bir az əvvəl yaydığı bəyanatda qismən təsdiqləyir. Bəyanatda Partiya sədrinin müşaviri Cümşüd Nuriyevin paylaşımına (həmin paylaşımı aşağıda olduğu kimi təqdim edirik - Mia.az) Partiyanın Nizamnaməsini və partiya etikasını kobud şəkildə pozmaqda ittiham olunub:
"Cümşüd Nuriyev gözdən salma və Partiyanı içdən sarsıtma kompaniyasına rəvac verib. Onun Vəhdət Partiyasının üzvü olmasını və hansı rayon (şəhər) təşkilatında qeydiyyata durmasını müəyyən etmək mümkün olmadı. Aydınlaşandan sonra müvafiq hüquqi prosedur həyata keçiriləcək. Eyni zamanda Baş Məclis mövcud ştat cədvəlini hələ də təsdiq etmədiyindən həmin müşavir vəzifəsi hüquqi statusa malik deyil. Yuxarıdakıları əsas tutaraq, VP Baş Məclinin sədri və müavini, MNTK-nın bütün üzvləri hesab edirlər ki, Cümşüd Nuriyevin Partiyaya vurduğu ziyan dözülməzdir. Partiyada onun hüquqi vəziyyəti aydınlaşana kimi iddia etdiyi vəzifəni icra etməsi qəbuledilməzdir”.
Bəyanat Vəhdət Partiyasının Baş Məclisinin sədri Tahir Kərimli, müavini Fəxrəddin Ağazadə, MNTK sədri Etibar Səmədov və üzvləri tərəfindən imzalanıb.
Partiya sədrinin mövqeyini öyrənməyə çalışacağıq.
F.ƏHMƏD
MİA.AZ
Zelenski: "Hələ də 22 nəfərin cəsədini tapa bilməmişik"
Almaniya XİN: "Biz burada hakim deyilik, amma vəkilik"
Belçikada hava limanları bütün uçuşları ləğv etdi - Bu tarix üçün
FİFA türk klubunu yenə cəzalandırdı - Daha 6 xal silindi
"Heç bilmirik, Adəm İsmayılın müşavirləri harada qeydiyyatdan keçirlər" - Tahir Kərimli qalmaqaldan danışdı, maraqlı mesajlar verdi
Qəzzada daha 33 nəfər öldürülüb
“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübələri ilə tanış olub - FOTOLAR
Kanadada ayı müəllim və şagirdlərə hücum edib - 11 nəfər yaralanıb
“Bakcell”in lotereyasında 7-ci lüks avtomobil uduldu - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
DEPUTATLAR TOPLANIR: 14 məsələ müzakirə olunacaq - SİYAHI
D-8 ölkələrinin media qolu - Bakı Bəyannaməsi qəbul olunub
DTX-də Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılacaq - Fərman imzalandı
“Caspian International” Hospitalda "unikal" hadisə: həkimin pulu ələ keçirilib? - Açıqlama (YENİLƏNİB)
"Vəhdət"ın sədri sabiq sədrlə müşavirinin davasından gen gəzir - Bakuvi sualı cavabsız buraxdı
16 ildən sonra Yevlax stadionunda ilk oyun və qalmaqal: azarkeşlər istefa dedi, məşqçi və futbolçulara butulka atdı (VİDEOLAR) - Yenilənib
Milli komandamızın heyəti açıqlandı
Nəriman Həsənzadə böyrək çatışmazlığı diaqnozu qoyulub
AAK: 37 nəfərə fəlsəfə doktoru dərəcəsi verilib
Bakıda restoranda dəhşətli olay: dörd əməkdaşı elektrik cərəyanı vuraraq öldürüb - GÜNAHKAR KİMDİR?
Xocalı şəhərinə növbəti köç olub - FOTO
Cəbrayıla növbəti köç olub
Hindistanda kuryoz hadisə - Özlərini Mərkəzi Bank rəsmilərii kimi təqdim edənlər pul dolu maşını qaçırıblar
Sahil Babayev: "Naxçıvan üçün güzəştli bir rejim yaradılır"
Komitə sədri: “Mikayıl Cabbarovun o qədər vəzifəsi var ki..." - "SOCAR-da biabırçı şəkildə işsizlərin sayı artır..."
Vilayət Eyvazov Gürcüstanda - FOTO
Pakistanda zavodda partlayış: 15 nəfər ölüb, çoxlu yaralı var
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Sabah hava necə olacaq? - Proqnoz
İstanbulda kriminal avtoritet və dəstəsi saxlanılıb
İzmirdə əməliyyat: 316.760 narkotik həb ələ keçirildi
Banqladeşdə 5,5 bal gücündə zəlzələ: 3 nəfər ölüb
Müşavirlə partiyanın sabiq sədri arasında savaş qızışdı: "Bu partiya "ailə marketdir" - "PA-da neçənci mərtəbəyə çıxmısan, kiminlə razılaşmısan, ayıbdır"
Cavid Qurbanov yerlisi olan deputatın müdafiəsinə qalxdı: "O, hələ gəncdir, əmiləri isə..."
Milli Məclisdə gələn ilin büdcəsinin müzakirəsi davam edir
Vəhdət Partiyasında "qazan qaynayır": sabiq sədr və tərəfdarları ayağa qalxdı - Yeni sədr müşavirini qoruya biləcək?
İlham Əliyev: "Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır" - "Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır"
Təhsildə Yeni Modelin tətbiqindən əvvəl həll edilməli məsələlər, təkliflər... - Vahid Tağıyev yazır
32 yaşlı Pərvin Mustafayev saxlanılıb