Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
20-11-2025 [17:59]
“Seçicilərim mənə dərmanların təlimatlandırıcı içlik vərəqini veriblər. Qəzet yazırsınız? (gülür). Bu qədər izahat olar?”
Mia.az xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
“Biz hamımız bilirik ki, aptekdən dərman alanda əczaçıya deyirik, bunu neçə dəfə qəbul edəcəyimi onun üstünə yaz. Dərmanla bağlı görün nələr yazır, bunu o xəstə oxuyandı?! Bunun əsəbləri onsuz da korlanıb, çoxu da yaşlı adamlardır”, - deputat qeyd edib.
Spiker Sahibə Qafarova deputatın fikirlərinə münasibət bildirib: “Səyyad müəllim, orada bir az yazılsa, deyəcəksiniz ki, niyə o söz yazılmayıb. Siz nə danışırsınız? Dünyada qəbul edilmiş təcrübə var ki, dərman vasitəsilə bağlı mütləq qutunun içində izahat olur. Başqa cür də ola bilməz”.
Səyyad Salahlı sözünə davam edərək söyləyib ki, həmin fikirləri o yox, vətəndaşlar deyir: “Bunları mənə camaat verir. Bu, mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunlar xəstəyə lazım deyil, heç kim oxumur. Camaat bunu oxuyanda başa düşməlidir, xalq dilində olmalıdır. Əgər sən bunu dərman qutusunun içinə qoyub xəstəyə satırsansa, onun başa düşə biləcəyi dildə danış”.
Spiker yenidən deputatın çıxışı ilə bağlı qeyd edib ki, həkimlər hər bir dərman vasitəsilə bağlı xəstəni məlumatlandırır: “Deyirsiniz ki, gərək xalqın dilində olsun. Həkim hər bir regionun dialekti ilə xəstəyə başa salır ki, dərmanı bir və ya iki dəfə iç”(“Qafqazinfo”)
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısını tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
Ağdərənin 4 kəndinə köç olub
Həkimin cinayət işi məhkəməyə göndərilib