"Alt şüurda ilişib qalmış xatirə, yaxud nastolji..." - Dövlət Komitəsinin, yoxsa Agentliyin səhvi? - FOTOFAKTLAR
05-11-2025 [00:12]
Noyabrın 4-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirlə bağlı qalmaqal yaranıb.
Mia.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova, deputat Hikmət Babaoğlu və diigər qonaqların iştirak etdiyi tədbirdə iki ciddi siyasi yanlışa yol verilib.
Birincisi, tədbiri işıqlandıran "Azərtac" Dövlət Agentliyi Hikmət Babaoğlunu hələ də "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru kimi təqdim edib.
İkincisi, "Azərtac" bu "səhvi" sosial mediadakı atmacalardan sonra düzəltsə də, bu dəfə xəbərdə "təşkilatçılar siyahısı"nda yenə "Yeni Azərbaycan"ın adını çəkib. Və görünən odur ki, hakim partiyanın media orqanı bu məsələdə də yer almayıb.
Nəhayət, "Azərtac" xəbərə 3-cü dəfə düzəliş verərək, bu dəfə ümumiyyətlə, "təşkilatçılar siyahısı"nı yerli-dibli silib. Aydın olub ki, tədbirin təşkilatçısı yalnız və yalnız Bahar Muradovanın sədri olduğu Dövlət komitəsi olub...
Xəbərin son variantı aşağıdakı linkdə:
Məsələyə "Yeni Azərbaycan" qəzetinin Baş redaktorunun müavini Nəzirə Nurullayeva da aydınlıq gətirib.
O, yuxarıda qeyd olunan yanlış təqdimat və xəbəri "screenshot" edərək, "Feysbuk"dakı səhifəsində yazıb: ""Yeni Azərbaycan" qəzeti heç bir tədbirin təşkilində iştirak etməyib. Bu, Dövlət Komitəsinin alt şüurunda ilişib qalmış xatirə, yaxud nastolji hisslərindən başqa daha nədənlərdən xəbər verir. 5 il əvvəlki xatirələrini bugünkü tədbirə sığışdırmaları isə xiffətin real təzahürüdür"
Maraqlı burasıdır ki, gün ərzində 3 ardıcıl "səhv"ə əsasən iqtidardan bu və ya digər formada maliyyə alan saytlar daha aqressiv münasibət göstəriblər...
Mia.az şərh vermədən hər üç düzəlişin "screenshot"unu təqdim edir:
F.ƏHMƏD
MİA.AZ
Vəzifəli şəxslərin əmlaklarına həbs qoyulub - Siyahı
Türkiyədə kimyəvi zavodda partlayış oldu - FOTOLAR
Ərdoğan Türkmənistana gedir - Tarix açıqlandı
Elçin Əmirbəyov Brüsseldə - Açıqlamalar
"Hələ onun saçına jele vuran vaxtlarıdır" - Hüquqşünas 26 min manatlıq plaşla festivala qatılan icra başçısına belə replika atdı
Keçmiş hakimə Konstitusiya Məhkəməsində vəzifə verilib
Super Liqanın 8 komandası cəzalandırılacaq - SİYAHI
Rəsmi Moskva: "Biz Ukraynada atəşkəs yox, sülh üçün çalışırıq"
DTX-dən xaricdə yeni əməliyyat: ağır cinayətlər törətmiş şəxslər saxlanılıb - VİDEO
Billurə Aslanqızıyə AzTV-də vəzifə verildi
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA "Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu
Nazir müavini: "Distant işlə bağlı yeniliklər gözlənilir"
Bakıda binaların birinin eyvanı uçub - VİDEO
"Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqlənib
Namizəd Səfərova cinayət işi açılıb
ABŞ-ın döyüş təyyərələri Venesuelanı təhdid edib
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
TRAMPIN ŞƏKLİ OLAN YENİ PUL VAHİDİ - Senatorlar ayağa qalxdı (FOTO)
FHN-dən əhaliyə xəbıərdarlıq - Yağışla bağlı
"Qalatasaray"ın baş məşqçisi: "Əlimizdən gələni edəcəyik"
Heydər Əliyev Fondu Türkmənistanda anlaşma memorandumu imzalayıb
Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumu keçirilir
Axtarışda olan azərbaycanlı Almaniyada tutulub
Azərbaycan nefti ucuzlaşdı
Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağda qar yağır
CHP-nin keçmiş təşkilat sədri tutulub - Rüşvət ittihamı ilə
Çempionlar Liqası: "Qalatasaray" Fransada uduzdu - YENİLƏNİB
Zelenski Romadan Trampa mesaj verdi: "Seçkiyə həmişə hazıram"
Qarsda qar yağır - 17 kəndin yolu bağlanıb
Məşhur futbolçunu şantaj edən qadın həbs edildi - Təfərrüat
Türkiyədə məşhur jurnalistlər saxlanıldı - Narkotik ittihamı ilə
Qubada 3.3 bal gücündə zəlzələ olub
Çempionlar Liqası: "Bavariya" 12 dəqiqəyə 3 qol vuraraq qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - 7 nəfər həlak olub
Deputat Əli Abbasovun mandatına xitam verilir
"Cimbom" radarına 27 yaşlı müdafiəçini alıb
İngiltərə millisinin hücumçusu həbs edilib