Üç partiya iclasa qatılmadı, DEM və İYİ partiyalı deputatlar isə Ərdoğanı ayaqda qarşıladı - TBMM-də ilk iclas + FOTO

img

01-10-2025 [16:05]


Bu gün Türkiyə Böyük Millət Məclisi (TBMM) növbədənkənar iclasında maraqlı anlar yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verr ki, ölkədəki siyasi təzyiqlərin gücləndiyini iddia edən ana müxalifət partiyası CHP, Türkiyə İşçi Partiyası və Əməki Partiyasının üzvləri olan deputatlar bu səbəbdən  açılış sessiyasına qatılmaqdan imtina ediblər.

Məlumata görə, digər müxalif partiyalar - DEM və İYİ partiya üzvləri isə iclasa qatılıb və hətta prezident Rəcəb Tayyib Ərdoğanı salana daxil olanda onu ayaqda qarşılayıblar.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA