İğdır Universitetinin rektoru: "Qarabağ Universiteti bizim üçün də çox doğmadır"

img

01-10-2025 [15:21]


 

“8 Noyabr Zəfər Günü Türkiyədə də qeyd olunacaq. İğdır Universiteti olaraq biz də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə bağlı tədbir təşkil etməyi planlaşdırırıq”. 

Mia.az xəbər verir ki, bu fikirləri Türkiyənin İğdır Universitetinin rektoru, professor Ekrem Gürel Lider-media.az-a açıqlamasında deyib.

Rektor bildirib ki, Qarabağ Universiteti onlar üçün də çox doğmadır. “Azərbaycan və Türkiyə bir-birinə hər zaman -savaşda da, siyasətdə də, ticarətdə də dəstək verir. “Qarabağ məsələsində Türkiyə tam şəkildə həmişə Azərbaycanın yanında olduğunu göstərib.  
Elm və təhsil sahəsində də bu əməkdaşlıq genişlənir”.

Türkiyə və Azərbaycan universitetləri arasında əlaqələrin gücləndirilməsi, birgə layihələrin reallaşdırılması və təcrübə paylaşımı həyata keçirilir. 

Qeyd edək ki, Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarından və İğdır Azərbaycan Evinin rəhbərindən ibarət nümayəndə heyəti bugünlərdə Xankəndidə yerləşən Qarabağ Universitetində olub.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA