Almaniyada sərnişin qatarı relsdən çıxıb - Ölən və yaralananlar var

img

28-07-2025 [00:04]


Almaniyanın Baden-Vürtemberq əyalətində Riedlingen yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, yaralananlar var

Almaniyanın DPA xəbər agentliyi yazıb ki, hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupları göndərilib.

Federal Polisdən bildirilib ki, Siqmaringendən Ulmaya gedən qatarda təxminən 100 sərnişin olub: "Hadisə böyük ehtimalla əlverişsiz hava ilə əlaqədar olub..."

Firudin Səfərli 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA