İsrail Qəzzanı səhərədək bombalayıb - 50-dən çox ölən var

img

16-07-2025 [09:11]


İsrail ordusu Qəzzanın müxətlif bölgələrini səhərədək bombalayıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, axşamdan səhərədək bir çox bölgələr vurulub: "Nəticədə ümumilikdə 51 dinc sakin həyatı ilə vidalaşıb, 130-dan çox yaralı var. Mümkündür ki, bu say artacaq".

Məlumata görə, ən çox itki Şati Qaçqınlar Düşərgəsi, Zərqa və digər məhəllələrdə qeydə alınıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA