Qəzzada meningit halları çoxalıb - Azyaşlılar arasında

img

09-07-2025 [08:34]


Qəzzada meningit hallarından şikayətlənənlərin sayı yüksək sürətlə artır.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi hesabat yayıb.

Bildirilib ki, İsrail ordusunun xəstəxanalar və ilkin səhiyyə mərkəzlərini sıradan çıxarması nəticəsində insanlara zamanına xidmət göstərməyi mümkünsüz edib: "Artıq demək olar ki, tibbi xidmətlər sıfır həddinə enib. Belə bir məqamda meningit xəstəliyi ilə müraciət edənlərin sayı üç qat artıb. Bu, əlbəttə, böyük narahatlıq yaradır. Xüsusilə 5 yaşa qədər uşaqlar arasında bunun yayılması həyəcanvericidir"

Səhiyyə Nazirliyi ictimaiyyəti xəstəliyin, xüsusən də uşaqlar arasında yayılmasının məhdudlaşdırılması üçün qoruyucu tədbirlərə və tibbi göstərişlərə əməl etməyə çağırmaqla yanaşı, bölgəyə ciddi tibbi humanitar yardıma dəstək verilməsini xahiş edib.

Zülfiyyə Mustafayeva
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR