Qəzza zolağında savaş: 37 fələstinli həlak olub

img

04-07-2025 [15:21]


İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xan Yunisin şərqində Təxliyyə Meydanı ətrafında yardım gözləyənlərə endirlən zərbə nəticəsində azı 15 nəfər həlak olub, 50-dən çox yaralı var: "Qəzzanın cənubundakı Sabra məhəlləsinə, Bureyc Qaçqınlar Düşərgəsinə, Mavasi bölgəsinə, Tayba qüllələri yaxınlığına endirlən zərbələrdə isə ümumilikdə 22 nəfər ölüb, xeyli yaralı var. Hazırda itkilərlə bağlı dəqiqləşmə gedir" 

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA