ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başladı - VİDEO (CANLI) - YENİLƏNİB

img

04-07-2025 [13:50]


"İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır".

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Ermənistanın ərazilərimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmamışdır.

“Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar”, - deyə Prezident əlavə edib.

***

 

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.

Mia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı səsləndirib.

Dövlət başçısı bildirib: “Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Biz göstəriciyə görə dünyada ön sıralardayıq”.

***

Xankəndi şəhərində iyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxış etdi.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündə çıxış etdi.

***

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayır.

İştirakçılar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, İran Prezidenti Məsud Pezeşkian, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və digər rəsmi şəxslər var.

Qeyd edək ki, ECO-nun 17-ci Zirvə görüşünün əsas mövzusu “Dayanıqlı və iqlim dəyişikliyinə davamlı bir gələcək naminə yeni İqtisadi Əməkdaşlıq Təşkilatı vizyonu”dur.

Sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat daxilində islahatlar müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

img img img img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR