Musleranın alternativi "Qalatasaray"dan illik 7-8 milyon avro maaş istəyib

img

04-07-2025 [10:18]


14 il “Qalatasaray”da çıxış edən Fernando Musleranın gedişindən sonra komandaya qapıçı axtarışları davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu “İnter”in 36 yaşlı isveçrəli qolkiper Yann Sommerlə danışıqlara başlayıb.

Məlumata görə, danışıqların ilk raundu uğursuz olub: "O, "Qalatasaray"dan 2 illik müqavilə və illik 7-8 milyon avro maaş istəyib. Bu isə klub tərəfindən müsbət qarşılanmayıb. azırda danışıqlar gedir"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA