Mirzoyan: "İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır"

img

14-05-2025 [15:47]


Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və tamamlandığını elan ediblər. Diqqətəlayiq haldır ki, bu gün nazirlərin qəbul etdiyi qərarlardan biri bir daha bu mühüm faktı təsdiqləyir və sazişin tezliklə imzalanması, ratifikasiyasına çağırır.

Mən Ermənistanın bu yolla təxirəsalınmadan irəliləməyə hazır olduğunu təsdiqləyirəm", - deyə Mirzoyan Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında bildirib./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA