“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...

img

05-02-2026 [20:17]


Gəncədə bıçaqlanan “Kəpəz” Futbol Klubunun (FK) oyunçusu Veysəl Rzayevin əməliyyatdan sonra vəziyyətinin orta-ağır olduğu bildirilsə də, həyatı üçün artıq təhlükə yoxdu.

Mia.az hadisədən sonra maraqlı xəbər alıb.

Belə ki, futbolçunun gecə əyləncəsinin pul qaynağının mənbəyi ortaya çıxıb. Bildirildiyinə görə, V.Rzayev bıçaqlanan gecə əyləndiyi restoranda “Qarabağ”la oyundan sonra “Kəpəz”in oyunçularına paylanan 3,500 manat mükafatın keyfini çıxarırmış.

Xatırladaq ki, “Kəpəz” “Qarabağ”la Misli Premyer Liqasının 17-ci turu çərçivəsində yanvarın 24-də Bakıda, Azərsun Arenada görüşüb. Səfər oyunu keçirən “Kəpəz” sürpriz şəkildə “Qarabağ”ı 0-2 hesabıyla udub. Ağdam klubunun bu mövsüm ilk məğlubiyyətini turnir cədvəlinin ən aşağıda yer tutan komandasından yaşaması maraqlı qarşılanıb. Amma daha maraqlı hadisə “Kəpəz”in düşərgəsində olub: oyundan sonra komandanın əsas heyətinə 3,500 manat, ehtiyatda olan üzvlərinə isə bu rəqəmin 50 faizi həcmində vəsait mükafat olaraq paylanıb. V.Rzayevin əyləncəsinin qaynağını həmin mükafata bağlayırlar.

Eyni zamanda, əsas heyətdə yer alan oyunçunun hərəkətli gecə həyatı da müzakirələrə səbəb olub. Belə ki, hadisə gecə saat 4-5 radələrində Gəncənin Müseyib Bağırov küçəsində baş verib. V.Rzayev yaxın dostu və 2 xanım tanışı ilə birlikdə restorandan çıxaraq xanımları yola salırmış.

Xanlmlardan biri Nihad Məhərrəmov adlı şəxsin keçmiş tanışı olub. Mübahisə zəminində V.Rzayev döş qəfəsindən yaralanıb.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Veysəl Rzayev “Turan Tovuz” futbol kulubundan “Kəpəz”ə transfer edilib.

Premyer Liqa komandaları hazırda mövsümün bu mərhələsində ciddi rejimdə çalışır. Xüsusilə autsayder olmağa namizəd komandaların daha güclü və intizamlı iş qrafiki var.

Zülfiyyə Mustafayeva

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA