Azərbaycan–Özbəkistan: Müttəfiqlikdən Qardaşlığa Ucalan Strateji Tərəfdaşlıq.. - Gülarə Verdiyeva yazır
04-07-2025 [12:52]
Gülarə Verdiyeva,
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini
***
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında münasibətlər hazırda özünün ən yüksək inkişaf mərhələsini yaşayır. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq ardıcıl və məqsədyönlü şəkildə genişlənir, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda yeni mərhələyə qədəm qoyur. Bu istiqamətdə son illərdə imzalanmış mühüm sənədlər və reallaşdırılan layihələr bir daha Azərbaycan-Özbəkistan münasibətlərinin nümunəvi xarakter daşıdığını nümayiş etdirir.
2022-ci ildə Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirdi. Bu sənəd münasibətlərin strateji xarakterini təsdiqləməklə yanaşı, qarşılıqlı dəstək, suverenliyə hörmət və beynəlxalq arenada həmrəylik prinsiplərini ehtiva edir. İki ölkə artıq iki ildir ki, rəsmi müttəfiq statusuna malikdir və bu status özünü həm ikitərəfli layihələrdə, həm də beynəlxalq platformalarda uğurla göstərir.
Özbəkistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illər ərzində yeni impuls qazanıb. Müxtəlif sahələr üzrə həyata keçirilən investisiya təşəbbüsləri, birgə layihələr və iqtisadi forumlar bu əməkdaşlığın əyani göstəricisidir. İki ölkə tərəfindən yaradılmış və 500 milyon dollar nizamnamə kapitalına malik olan birgə İnvestisiya Fondu artıq praktik mərhələyə keçmiş, ondan çox layihənin icrasına başlanılmışdır. Energetika, turizm, kənd təsərrüfatı və sənaye sahələrində perspektivli layihələr üzrə razılaşmalar iqtisadi əlaqələrin dərinləşməsinə geniş imkanlar açır.
Azərbaycan və Özbəkistan nəqliyyat-logistika sahəsində də fəal əməkdaşlıq edir. Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr, Xəzərdən Qərb istiqamətinə qədər uzanan multimodal daşımaların inkişafı, yüklərin həcmini qəbul etməyə hazır olan nəqliyyat infrastrukturunun əlaqələndirilməsi bu sahədə ciddi tərəfdaşlıq nümunəsidir. İki ölkə regional və çoxtərəfli səviyyədə nəqliyyat siyasətinin uzlaşdırılması üçün müntəzəm dialoq aparmaq barədə razılığa gəlib.
Azərbaycan Respublikası Prezidenti tərəfindən Özbəkistan futbol yığmasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik ifadə olunmuş, bu nailiyyətin təsadüfi olmadığı, ölkədə həyata keçirilən müdrik siyasətin nəticəsi olduğu vurğulanmışdır. Bu həm də Özbəkistanda gənclərin inkişafına göstərilən xüsusi diqqətin və idman sahəsindəki uğurların davamıdır. Eyni zamanda, Qarabağın bərpası prosesinə verdiyi dəstəyə görə Özbəkistana xüsusi təşəkkür bildirilmişdir. Füzuli şəhərində tikilən məktəb və Xankəndi şəhərində açılan tikiş fabriki Özbəkistanın bu sahədə ilk təşəbbüskar ölkə olduğunu sübut edir. Bu obyektlər həm sosial infrastrukturun yaradılmasına, həm də bölgədə məşğulluğun artırılmasına xidmət edir.
Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin daha bir rəmzi Bakı şəhərində reallaşır. Yeni açılacaq Özbəkistan səfirliyinin binası və şəhərin mərkəzində – “Ağ şəhər”də yaradılacaq “Özbəkistan” parkı iki xalq arasında tarixi və mədəni bağların möhkəmləndirilməsinə xidmət edəcək. Beş hektara yaxın ərazidə salınacaq bu park təkcə rəmzi deyil, həm də şəhər sakinləri və turistlər üçün zövqlü istirahət məkanı olacaq.
Azərbaycan və Özbəkistan arasında münasibətlər həm tarixi, həm mədəni, həm də siyasi və iqtisadi baxımdan çox önəmlidir. Hər iki ölkə türk dilləri qrupuna aiddir və ortaq etnik, dil və mədəni köklərə malikdir. Onuda qeyd etmək lazımdır ki, Azərbaycan-Özbəkistan arasında səhiyyə sahəsində əməkdaşlıq son illərdə inkişaf edən önəmli istiqamətlərdən biridir. Qarabağın bərpası çərçivəsində Özbəkistan Füzulidə tibb müəssisəsinin inşasını da dəstəkləyib. Bu, humanitar əməkdaşlığın səhiyyə istiqamətində real nümunəsidir. Belə ki, azərbaycanlı və özbək mütəxəsislər bir-birinin ölkəsində elmi-praktik seminar və konfranslarda iştirak edir.
Azərbaycan və Özbəkistan arasında səhiyyə əlaqələri, praktik infrastruktur layihələri, tibb, təhsil və kadr hazırlığı, humanitar dəstək və elmi mübadilə beynəlxalq səhiyyə təşəbbüslərində birgə iştirak kimi sahələri əhatə edir və bu əlaqələrin strateji əhəmiyyəti getdikcə artır.
Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibətləri təkcə bu günün maraqları ilə deyil, tarixi köklərə və Ulu öndər Heydər Əliyevin müdrik siyasətinə əsaslanır. Bu bağlılıqda Ulu öndər Heydər Əliyevin əsaslı rolu olub.
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub