VƏRƏSƏLİK İŞİ... - Ali Məhkəmə vahid məhkəmə təcrübəsi qəbul edib
04-07-2025 [12:26]
Ali Məhkəmə vərəsəliklə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.
Mia.az xəbər verir ki, qərar Ali Məhkəmədə baxılan işi üzrə qəbul olunub.
İşin hallarına görə, iddiaçının anası mirasqoyanla (iddiaçının ögey atası) rəsmi nikah münasibətlərinə daxil olmuş, müəyyən müddətdən sonra iddiaçının anası, 4 ay sonra isə mirasqoyan vəfat edib. İddiaçının ögey atası ilə heç bir qohumluq, o cümlədən övladlığa götürmə münasibəti olmayıb. O, anasının ögey atasının arvadı kimi birinci dərəcəli vərəsəsi olmasına istinad edərək miras əmlakdakı paya iddia edib, lakin notarius ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edib. İmtina Mülki Məcəllənin 1252-ci (irsi transmissiya) maddəsinə istinad edilməklə onunla əsaslandırılıb ki, iddiaçının anası ögey atasından əvvəl vəfat edib. Həmçinin, “Notariat haqqında” Qanunun 62-ci maddəsinə istinad edilərək göstərilib ki, müraciət edilən əmlakla bağlı ər-arvadın hər ikisi vəfat etdiyindən müraciətdən imtina olunur.
Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət edib, aşağı instansiya məhkəmələri iddianı təmin etməyib. İddiaçı Ali Məhkəməyə müraciət edib.
Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olub ki, mülki qanunvericilik mirasın açıldığı (mirasqoyanın öldüyü) vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutub: vərəsə mirasqoyandan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM, 1252-ci maddə); qanun üzrə vərəsə mirasqoyandan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi - 1159-cu maddə). Bu institutlar müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər.
O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Sözügedən norma açılmış mirasın qəbul müddətinə tabe olması institutunun qüvvədə olduğu müddətdə yaranan vərəsəlik münasibətlərində vərəsənin öz iradəsindən kənar şəkildə (ölməsi halında) mirası qəbul edə bilməməsi ilə bağlı qaydanı tənzimləsə də, əslində vərəsəliyin ümumi qaydalarını müəyyən edir. Belə ki, həmin normaya görə ölümü səbəbindən mirası qəbul edə bilməyən şəxsin mirası qəbul etməsi ehtimal edilir, məhz bu səbəbdən də mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi müəyyən edilir. Hazırda qüvvədə olan mülki qanunvericilik mirasın qəbul müddətinə tabe olması institutunu dəstəkləmədiyindən və miras açıldığı andan avtomatik vərəsənin mülkiyyəti sayıldığından, qanun üzrə vərəsənin onu öz iradəsinə zidd, o cümlədən miras açılandan sonra ölməsi səbəbindən qəbul edə bilməməsi mümkün deyildir, bu zaman vərəsə əmlaka yiyələndikdən sonra ölmüş sayılır və onun mirası öz vərəsələri arasında ümumi qaydalar çərçivəsində bölünür.
Vərəsənin əvəz edilməsi qaydası isə Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuşdur: bu qayda yalnız bir halda – qanun üzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl gerçəkləşdiyi zaman tətbiq edilə bilər. Vərəsənin əvəzlənməsi irsi xarakter daşıyır, təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkən birinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikinci növbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbə vərəsələrin ana və atalarına münasibətdə müəyyən edib.
Qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərdən belə bir nəticə hasil olur ki, həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanı qohumluq faktoru önəmlidir, 1159-cu maddədəki yanaşmadan da aşkar şəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanıb. Birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab olunur. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulan hallarda övladlığa götürülən və övladlığa götürən şəxslərə münasibətdə istisnalıq təşkil edə bilər.
Bundan başqa, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki qanunverici 1159.1.3-cü maddədə “sonuncular”, habelə “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutub. Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil edib. Belə ki, mirasqoyanın arvadının (ərinin) başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz.
O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına - valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirib. Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.
Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərinin yerinə keçirlər. Baxılan işdə iddiaçının mirasqoyanla qohumluğu müəyyən edilmədiyindən, ondan qalan mirasa dair anası baxımından birinci dərəcə vərəsə hesab oluna bilməz.
Qeyd olunanları nəzərə alaraq, Ali Məhkəmənin Mülki kollegiyası kassasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub
Bakı Su Kanal İdarəsinin rəsmisi: "Bizə dedilər ki, daha orada görəcək işiniz yoxdur" - Məhkəmədə inanılmaz iddialar səsləndi
"Bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər..." - Xəbərdarlıq
Fil turisti öldürüb
Bakıya qar yağacaq - Xəbərdarlıq
Türkiyədə servis maşını aşdı: sürücü və 9 şagird xəsarət alıb
DYP sürücülərə müraciət edib
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedir
"Cahan Holdinq"in dövlətə 7 milyondan çox borcu varmış...
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək - Şərtlər
Metronun qarşısında 51 yaşı şəxsi ayaqlarından bıçaqlayıblar
"Azvvallet"ə qadağa qoyulub - Mərkəzi Bank qərar verdi
Müğənnidən inanılmaz açıqlama: "Bilmək olmaz, bir də gördün dostlarım məni zəhərləyib"
İlham Əliyev Əbu-Dabidə - Prezident baş katiblə görüşüb
Həsən Həsənovun oğlu ssenari yazdı, Agentlik 657 min manat ayırdı - "Bəli, bizim tarixi film çəkmək təcrübəmiz yoxdur" (MÜSAHİBƏ)
Vəkil: "Cəmi 100 manat kapitalı olan bu MTK-yə şəhər icra hakimiyyəti icazə verib ki..."
İcra başçılarının "vurulma prosesi" davam edəcək
Dünyanı silkələyən casuslar - TƏHLİL
ABŞ prezidenti: "Bunu ilk dəfə deyirəm, düşünürəm ki..."
DTX-dən DAHA BİR ŞOK ƏMƏLİYYAT: Ukrayna müharibəsinə qatılan Azərbaycan vətəndaşları həbs edildi
Trampdan İrana daha bir xəbərdarlıq: "Əgər razılığa gələ bilməsək, çox pis şeylər baş verəcək"
"Xalqbank"ı Bəylər Əyyubovla nə bağlayır? - VİDEO, FOTO
NƏVƏLƏRİ ŞƏHİD OLAN 87 YAŞLI QADIN PREZİDENTDƏN KÖMƏK İSTƏDİ: "Bizi bu zülmkarlardan xilas edin"
Aİ: "Xarici müstəqil media Qəzzaya buraxılmalıdır"
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var