ONLAR KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ HAKİM TƏYİN OLUNDU - Siyahı (YENİLƏNİB)

img

04-07-2025 [11:05]


Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib.

Mia.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.

Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Yeni hakimlər səsvermədən sonra parlamentdə and içiblər.

Xatırladaq ki, R.Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, R.Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub. Otari Qvaladze və Fərhad Tutayuk isə Prezident Administrasiyasında çalışıblar.

***

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq.

Mia.az xəbər verir ki, yeni hakimlərlə bağlı məsələyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb.

Layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyası üzrə iyulun 4-də keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində yer alan məsələ Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında layihədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR