"Hizbullah" lideri: "Bizi tərksilah etmək istəyirlər, ancaq..."

img

03-07-2025 [09:49]


 "İsrail Livanın daxili işlərinə qarışa bilməz. Biz buna imkan verməyəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri "Hizbullah"ın baş katibi Naim Kasım paytaxt Beyrutda keçirilən Məhərrəmlik tədbirində deyib.

O bildirib ki, İsrail anlaşmalarda söz sahibi olmadığı kimi, onun əməlçisi də deyil: "Atəşkəs imzalandıqdan sonra İsrailin hücumları indi də davam edir. Onlar atəşkəsi 3700-dən çox dəfə pozaraq bölgədəki təcavüzkar fəaliyyətini səngitməyib. Məqsədləri aydındır, bizi "Hizbullah"ı tərksilah etmək istəyirlər. Ancaq biz zillətə sürüklənməyi qəbul etməyəcəyik, torpaqlarımızı təslim etməyəcəyik, silahlarımızı da İsrail düşməninə təslim etməyəcəyik"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR