İstirahət mərkəzində fəhləni elektrik cərəyanı vurub

img

03-07-2025 [10:20]


Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Məlumata görə, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır(qafqazinfo).

Mia.az-ın əldə etdiyi məlumata görə, hadisə Mərdəkan qəsəbəsindəki "Golden Beach" istirahət mərkəzində baş verib.

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA