Ərəb ölkələri İsrail etiraz edib

img

03-07-2025 [08:26]


Ərəb ölkələri İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək planına qarşı çıxıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar bu addımın beynəlxalq hüququn açıq şəkildə pozulması və sülhü çətinləşdirən təhlükəli bir hərəkət olduğunu bildiriblər.

Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı XİN İsrailin ədliyyə naziri Yariv Levinin "Bura bizim olacaq" məzmunlu bəyanatını qəbuledilmzə sayıb. Ər-Riyad Fələstin ərazilərində məskunlaşmaların genişləndirilməsi cəhdini rədd edib və İsraili beynəlxalq qərarlara əməl etməyə səsləyib.

Qətər XİN-də israilli nazirin "ilhaq" bəyanatlarını pisləyib: "İsrailin qanunsuz məskunlaşma, müstəmləkəçi və irqçi siyasətlərinin davamı beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir. Bu, regional təhlükəsizliyi təhdid edən təhlükəli siyasətdir. Tel-Əviv Qüdsü yəhudiləşdirmək planlarından əl çəkməlidir".

Misir və Küveyt oxşar bəyanatlar yayıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR