Almaniya kansleri vacib sualdan yayındı - "Bu, qəbuledilməzdir"

img

02-07-2025 [21:40]


"Bu qədər itki qəbuledilməzdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz Qəzzada indiyədk 57 mindən çşox öldürülən dinc əhali barədə suala cavabda deyib.

Merz ARD televiziya kanalına müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə sıx telefon trafikində olduğunu etiraf edib: "Biz həftədə bir dəfə telefonda danışırıq. Mən ona hər dəfə mülki əhalinin ölümü haqda sözümü deyirəm. Bəli, bu ağır itkilər artıq qəbuledilməzdir".

Aparıcı "Bunun qarşısını almaq üçün nə etməyi planlaşdırırsınız? Qəzzada hərbi əməliyyatın məqsədi nədir, ümumiyyətlə?", - sualını ünvanlayıb.

Kansler bu sualdan yayınaraq, ümumi danışıb vıə sonda Qəzzada atəşkəsi vacib sayıb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR