Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərib - MƏTN

img

03-07-2025 [12:38]


Prezident İlham Əliyev Belarusun Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Mia.az-ın məlumatına görə, məktubda deyilir:

"Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün dost Belarus xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq və qarşılıqlı dəstək əlaqələri birləşdirir. Ölkələrimiz arasında ildən-ilə yeni məzmunla zənginləşən əməkdaşlığın yüksək dinamikasını məmnunluqla qeyd etmək istərdim. Sevindirici haldır ki, biz dövlətlərarası dialoqun inkişafında, iqtisadi-ticari əməkdaşlığın möhkəmlənməsində və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsində yaxşı səviyyəyə çatmışıq.

İnanıram ki, Azərbaycan ilə Belarus arasında bütün istiqamətlər üzrə ikitərəfli əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərlə dost ölkələrimizin və xalqlarımızın maraqları naminə strateji tərəfdaşlıq ruhunda bundan sonra da dinamik şəkildə genişlənəcək və dərinləşəcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA