Pakistana güclü yağış yağıb - 47 nəfər həyatını itirib (Yenilənib)

img

30-06-2025 [08:21]


Pakistanda leysan yağışları faciə yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistanda yayımlanan Samaa TV məlumat yayıb.

Bildirilib ki, azı 38 nəfər ölüb, 70-ə yaxın insan isə yaralanıb.

Pakistan rəsmiləri bildirib ki, aramsız yağan leysan yağışları daha çox Hayber Paxtunxva əyalətində itkilərə səbəb yaradlıb: "Bura ilə yanaşı,  Pəncab əyalətində də böyük dağınrtı və itkilər var. Sind və Bəlucistan əyalətləri də güclü yağışlarDdan zərər görüb..."

***

Pakistan mediası yazır ki, ölənlərin sayı artıb: "Yağışın səbəb olduğu seldə itkin düşən daha 9 nəfərin meyiti tapılıb. Bununla da ölənlərinsayı 47 nəfərə çatıb".

Xəbərdə deyilir ki, itkin düşənlərin axtarışı davam edir.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:27 30.06.2025

İranda zəlzələ olub