BMT TŞ toplandı, İran rəsmisi ABŞ-ı ittiham elədi: "Bu hücum Amerika tarixinə qara ləkə kimi düşdü"
23-06-2025 [07:39]
“İrana hücum ABŞ tarixində qara ləkə kimi qeyd olunacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın nüvə obyektlərinə hücumundan sonra Tehranın tələbi ilə Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən fövqəladə iclasda deyib.
O bildirib ki, İsrail rejimi Qərbin “çirkli işi"ni yerinə yetirə bilmədiyi üçün Tramp iyunun 22-də tarixə ləkə kimi düşəcək addımı atıb.
İran rəsmisi "beynəlxalq axtarışda olan hərbi cinayətkar" kimi təsvir etdiyi İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-ın xarici siyasətini "qəsb etdiyi"ni iddia edərək, məhz onun ABŞ-ı əsassız müharibəyə sürüklədiyini bildiirb: "İran ABŞ və İsrailin hücumuna qarşı özünü müdafiə etmək üçün beynəlxalq hüquq çərçivəsində bütün qanuni hüquqlarını özündə saxlayır. İranın adekvat cavabının vaxtı, xarakteri və miqyasını onun silahlı qüvvələri müəyyən edəcək. Çox təəssüf ki, beynəlxalq qurumlar yenə də qanunların pozulmasına məhəl qoymadı. arix bu faciəli günləri də unutmayacaq. İran zamanında BMT Təhlükəsizlik Şurası və MAQATE də daxil olmaqla beynəlxalq təşkilatlara bütün lazımi məlumat və xəbərdarlıqları etsə də, beynəlxalq təşkilatlar hücumların qarşısını ala bilmədi. Biz BMT-nin qurucu üzvü, BMT Nizamnaməsi və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısıyıq. Bəli, nüvə silahı olmayan ölkə olaraq, nüvə silahına sahib olan iki ölkənin - İsrail və ABŞ tərəfindən hücuma məruz qalmamıza ad vermək mümkün deyil. Hansə məntiq, hansı bəhanə ilə?! Bu bəhanələr sadəcə istehza doğurur. ABŞ-ın İrana qarşı bütün ittihamları əsassızdır, hüquqi əsasdan məhrumdur və siyasi motivlidir”.
İrəvani çıxışında bildirib ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, ABŞ, Böyük Britaniya və Fransa, həmçinin İsrail və MAQATE-nin baş direktoru İranda günahsız mülki əhalinin, xüsusilə də qadınların və uşaqların ölümünə və həyati əhəmiyyətli mülki infrastrukturun məhvinə görə tam məsuliyyət daşıyırlar: "İran iyunun 15-də ABŞ-la diplomatik danışıqların növbəti raunduna hazırlaşırdı, lakin İsrail bu danışıqlardan iki gün əvvəl İrana hücum etdi. Əslində, İsrail diplomatiyanın üstündən dünyaya meydan oxuyurmuş kimi xətt çəkdi. Buna hüquqi münasibət bildirilməlidir".
Tahir Şəlvəli
MİA.AZA
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub