Yəməndəki qruplaşma ABŞ gəmilərini təhdid etdi: "Əgər İranı vursanız..."

img

21-06-2025 [22:45]


"Əgər ABŞ İrana hücum etsə, biz onların Qırmızı dənizdəki gəmilərini vuracağıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı Yəməndə İranın dəstəklədiyi husi qruplaşması yayıb.

Husi ordusunun sözçüsü Yəhya Seri bildirib ki, bölgədəki hadisələri diqqət və nartahatlıqla izləyirlər: "İsrail regionda tam nəzarəti ələ keçirməyə çalışır, ABŞ-ın dəstəyi və ortaqlığı ilə təbii ki. Onlar bu planının qarşısında ən böyük maneə kimi gördüyü İrandakı rejimi devirməyə çalışır. ABŞ-ın İrana qarşı hər hansı hücumu İsrailin bölgədə nəzarəti bərqərar etmək məqsədinə xidmət edir və bu qəbuledilməzdir. Çünki bu, İslam ümmətinin müstəqilliyini və ləyaqətini əlindən almaq, onları əsarət altına almaq, alçaltmaq, vətənlərini işğal etmək və sərvətlərini talamaq deməkdir. Biz təbii ki, bununla barşmayacağıq".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR