Hava şarı göydə alovlandı - 8 nəfər ölüb, 13 yaralı var

img

21-06-2025 [21:22]


Braziliyanın cənubundakı Santa Katarina ştatında hava şarı göydə alovlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 8 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məlumata görə, içərisində 21 nəfərin olduğu hava balonunun niyə qəfil alovvlanmasının səbəbi bəlli deyil: "Fakla bağlı araşdırma başlayıb"

Onu da qeyd edək ki, iyunun 15-də San-Paulu ştatında hava şarının qəzaya uğraması nəticəsində 27 yaşlı qadın ölüb, 11 nəfər yaralanıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR