Türkiyədə kimyəvi maddələr anbarında yanğın baş verib

img

11-04-2025 [14:16]


İstanbulun İkitelli rayonunda kimyəvi maddələr anbarında yanğın baş verib.

Yanğın ərazidə dayanan avtomobillərə də təsir edib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır və ərazidəki yanacaqdoldurma məntəqəsinə, eləcə də təbii qaz çənlərinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.

Yanğının miqyası sürətlə böyüdüyü üçün əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib..

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil./ Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA