İndoneziya prezidenti Türkiyəyə gəlir - Açıqlama

img

09-04-2025 [21:20]


İndoneziya prezidenti Prabovo Subianto prezident Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sabah baş tutacaq səfər zamanı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün bir sıra sazişlərin imzalanması planlanır.

Bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiyalar İdarəsinin direktoru Fahrettin Altun açıqlama verib.

O qeyd edib ki, Subiantonun prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə aprelin 10-da Türkiyəyə gələcək: "Görüş zamanı Türkiyə ilə İndoneziya arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Eyni zamanda, aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bundan başqa, İndoneziya Prezidenti 11-13 aprel 2025-ci il tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumuna qatılacaq"

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA