Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları uzatdı

img

09-04-2025 [10:00]


Yaponiya hökuməti Şimali Koreyaya qarşı uzun illər tətbqi etdiyi sanksiyaların müddətini artırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa açıqlama verib.

O bildirib ki, ölkəsi Şimali Koreyaya qarşı sanksiyaların müddətini daha iki il müddətinə uzadıb: "Sanksiyalar paketində Şimali Koreya gəmilərinin Yaponiya limanlarına daxil olmasından tutmuş,ə iki ölkə arasında ən xırda ticarətin qadağan edilməsinə qədər hər şey yer alacaq".

Xatırladaq ki, 1970-1980-ci illərdə Şimali Koreya hərbçiləri tərəfindən saxlanılan Yaponiya vətəndaşları hələ də buraxılmayıb. Bu isə Tokio və Pxenyan arasında problemi geridönməz hala gətirib.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA