Myanmada zəlzələdə ölənlərin sayı 3645-ə çatıb

img

08-04-2025 [19:41]


Martın 28-də Myanmada baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yerli hökumət son məlumatı yayıb.

Bildirilib ki, bu gün d dağıntılar altından yeni cəsədlər çıxarılıb: "Bununla da zəlzələlərdə həyatını itirənlərin sayı 3645 nəfərə açatıb. Hələ də təxminən  200 nəfərin cəsədi axtarılır".

Onu da qeyd edək ki, zəlzələdə 5017 nəfər yaralanıb.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA