"İcra başçısının pulu qurtaran kimi, parkda yeni bir restoran açılır" - Baş redaktor Səbailin rəhbərini qanunsuzluqda ittiham elədi (FOTO)

img

16-01-2025 [17:07]


"Səbail rayonunda balaca bir park var - Bayıl bağı. İcra Hakimiyyətinin pulu qurtaran kimi, parkda yeni bir restoran açılır".

Mia.az xəbər verir ki, bunu Avtosfer.az saytının Baş redaktoru Elməddin Muradlı Feysbuk-da yazıb.

Onun sözlərinə görə, balaca bir parkda artıq dördüncü restoran tikilib: "Bir ara saytlar yazdı, sökdülər guya. Sonra yenə tikdilər. Sonra da deyirlər ki, ətraf mühit korlanır".

Səbahil İH-dən Mia.az-a bildirilib ki, qeyd edilən qeyri-yaşayış sahəsi mülkiyyət hüququndadır və bərpa işləri aparılıb.

Samir

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA