Sabah hava necə olacaq? - Proqnoz

img

01-03-2026 [12:54]


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA