İraqda üç günlük matəm elan edildi - Xameneinin ölümünə görə

img

01-03-2026 [13:03]


İran lideri Ayətullah Əli Xameneinin ABŞ-İsrail hücumlarında öldüyü açıqlandıqdan sonra İraqda üç günlük matəm elan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq hökumətinin sözçüsü Basim əl-Əvadi açıqlama verib.

O, Xameneinin ABŞ-İsrail hücumlarında ölməsi ilə bağlı dərin kədərini ifadə edib, ölkəsi adına İran xalqına başsağlığı verib: "Xameneinin ölümü ilə əlaqədar İraqda üç günlük matəm elan edilib".

İraq hökuməti bununla yanaşı, İrana qarşı hərbi əməliyyatların dərhal və qeyd-şərtsiz dayandırılması tələb edir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA