Dövlət qurumları və bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

img

16-01-2025 [14:39]


Azərbaycanda dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq.

Bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb.

Rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması nəzərdə tutulur.

Sənəddə deyilir ki, dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası həyata keçiriləcək. Bu məqsədlə aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması, beynəlxalq təcrübə əsas götürülməklə, dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostikası sənədinin hazırlanması nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA