Malıbəylidə insan sümüyünün qalıqları aşkarlanıb - Rəsmi məlumat yayıldı

img

09-05-2024 [18:00]


Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, mayın 8-də kənddə həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, aprel ayında Malıbəyli kəndi ərazisində həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində səkkiz nəfərə (biri azyaşlı olmaqla) aid sümük fraqmentləri tapılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR