Arda Gülərin atdığı qollar "Real Madrid"in karına gəlmədi - 8 qolluq matçda norveçli 4 qol vurub

img

20-05-2024 [00:10]


İspaniya La Liqasının artıq çempionu olan "Real Madrid" 37-ci turda səfərdə "Vilyarreal"la üz-üzə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyunda qapılara 8 qol vurulub.

Türkiyə millisinin üzvü Arda Gülərin "Real Madrid"in heyətidə ilk 11-likdə başladığı oyunda Jude Bellingham, Vinicius Junior, Toni Kroos, Eduardo Camavinga, Rodyrgo Goes, Dani kimi oyunçular heyətdə yer almayıb.

"Real Madrid"in ilk hissədə 4-1 öndə olsa da, hesabı sonadək qoruya bilməyib.

"Villarreal"ın norveçli olçusu Alexander Sorlot 4 qol ataraq hesaba tarazlıq gətirib - 4:4.

“Real Madrid”in qollarını isə 14 və 45+2-də Arda Gülər, 30-cu dəqiqədə Xoselu, 40-cı dəqiqədə Lukas Vaskes atıblar.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA