1918-ci ildə qurulan Azərbaycan...
19-05-2024 [22:00]
1918-ci il doğma yurdumuz Azərbaycan çox önəmli günlər keçirirdi. 1918-ci illərdə Qafqazda vəziyyət çox kritik idi.1918-ci il 10 fevral tarixində Qafqazda Zaqafqaziya Seymi yaradılmışdır.1918-ci il 23 fevral tarixində Seymin ilk iclası keçirilmişdi.
Bu iclasda hər üç millətin tərəfdaşları var idi.İclasda əsas olaraq Menşeviklər , Müsavat , Daşnaksütun partiyalarnın deputatları var idi. İclasda Menşeviklər partiyasından 32 deputat, Müsavat partiyasından 30 deputat, Daşnaksütun partiyasından 27 deputat var idi.İclasda azərbaycanlı deputat qrupuna Müsavat partiyasının yaradıcısı və sədri Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edirdi. Zaqafqaziya seyminin yaranması daha sonralar Qafqaz dövlətlərinin mü-təqil olmalarına kömək edəcəkdi.Bunu da bildirmək lazımdır ki, Türk ordusunun irəllədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsi nin komandanı Vəhib paşaya teleqram göndərərək, Türkiyə ilə sülh danışıqları aparmaq istəyini bildirmişdilər.
1918-ci il 22 aprel Zaqafqaziya Seyminin yenə iclası keçirilmişdir.Bu tarixdə Azərbaycan, gürcü və erməni deputatları paytaxt Tiflisdə Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını bildirmişdilər. Hökümətə başçılıq A.Çxenkelin edəcəkdi. Ancaq bunlara baxmayaraq sadəcə 1 ay sonra bu Federasiya dağıldı. 1918 il mayın axırıncı günlərində Zaqafqaziya seyminin dağılacağı artıq bilinirdi. Çünki Zaqafqaziya seyminin yaranması ruslar üçün heç də xoş qarşılanmamışdı.
Zaqafqaziya Seyminin sonuncu iclası 1918-ci il mayın 26-da baş tutacaqdı. Bu o iclas idi ki, Zaqafqaziya seyminin sonlanmasına səbəb olacaqdı. Bu Seymin axırıncı iclası olacaqdı.İclas zalında böyük sükut çökmüşdü.Nəhayət İ.Q.Sereteli Seymin ləğv olunduğunu bildirdi və beləliklə Gürcüstan 1918-ci il 26 aprel öz müstəqilliyini açıqladı. Daha sonra Seymin ləğv olunmasından 2 gün sonra yəni 1918-ci il mayın 28-də 2 dövlət Azərbaycan və Ermənistan öz müstə qilliyini açıqladı...
1918-ci il Şərqdə ilk və yeni bir tarix doğdu bu "Azərbaycan Xalq Cümhuriyyəti" (AXC) idi. Şərqdə qadınlara ilk seçim hüququ verən dövlət Azərbaycan idi. Bu şərqdə ilklərə imza atan Azərbaycan idi. Mayın 27-də Seymin Müsəlman qrupunun üzvləri Seymin sonundan sonra ayrıcailk iclasını keçirmişdilər.Sonda onlar Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər və Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti
yarandı.Bu iclasda Milli Şuranın sədri seçildi.Sədr Məhəmməd Əmin Rəsulzadə idi. Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə sədr, Rəsulzadənin müavinləri seçildi. Fətəli Xan Xoyski isə Milli Şuranın icra orqanının sədri seçildi. İcra orqanında Məmməd Həsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik Aslanov, Camo bəy Hacinski, Əkbər ağa Şeyxülislamov, Xosrov Paşa bəy Sultanov var idi.
Mayın 28-də Həsən bəy Ağayevin başçılığı ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirilmişdi.Bu iclasda Azər baycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Həmin dövrdə bu sənəd Əqdnamə və Missaqi milli adı ilə Həsən bəy Ağayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Nəriman bəy Nərimanov, Cavad bəy Məlik Yeqanov, Mustafa Mahmudov bu sənədi imzaladılar. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında ilk demokratik sənədi idi.
Artıq demək olar ki, hökümət tərkibi məlum olmuşdu:
Fətəli Xan Xoyski- Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov- Hərb naziri
Məmməd Həsən Hacınski- Xarici İşlər naziri
Nəsib bəy Yusifbəyli- Maliyyə və xalq maarifi naziri
Xəlil bəy Xasməmmədov- Ədliyyə naziri
Məmməd Yusif Cəfərov- Ticarət və sənayə naziri
Əkbər Ağa Şeyxülislamov- Əkinçilik və əmək naziri
Xudadat bəy Məlik -Aslanov- Yollar və poçt-teleqraf naziri
Camo bəy Hacınski- Dövlət nəzarəti naziri
Yeni yaranmış dövlətin başçısı Fətəli Xan Xoyski 1918-ci il mayın 30-da bir neçə dövlətin xarici işlər nazirinə radioqram göndərək Azərbaycanın müstəqilliyinin elan olunduğunu bəyan etmişdir. Bu radioqram İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Oslo, Kopanhangen, Tokioya göndərilmişdi.Bu radioqramda AXC-nin paytaxtı Gəncə ola raq göstərilmişdi.
1918-ci il 16 iyulda Milli Şura və Hökümət özlərinin fəaliyyət mərkəzlərini Tiflisdən Gəncəyə köçürdü.Bu tarixdə Gəncədə Hökümət böhranı baş verdi.1918-ci ildə İs lam ordusunun komandanı Nuru paşa ilə Milli Şura arasında fikir ayrılığı yarandı.
1918-ci il iyunun 27-də Fətəli Xan Xoyski tərəfindən Azərbaycan dili dövlət dili elan edildi.1918-ci il 15 iyul Fövqaladə Təhqiqat Komissiyası yaradılır.Bu komissar Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və vəhşiliklərin araşdırılması üçün qurulmuşdu.1918-ci il iyunun 17-də Gəncədə keçirilən qızğın iclasın sonunda onlar öz fəaliyyətini müvəqqəti olaraq dayandırdılar.
1918-ci il iyunun 17-də Hökümətdə vəziyyət ağırlaşmışdı.S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qrupu çar Rusiyasının köməyi ilə silahlanıb Bakıdan Gəncəyə doğru irəlləyirdi.1918-ci il iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyətində hərbi vəziyyət elan olunmuşdu.1918-ci il iyunun 21-də qırmızı parça üzərində aypara və
səkkizgüşəli ulduz təsvir olunmuş bayraq Azərbaycan Xalq Cümhurhiyyətinin rəmzi seçilmişdi
1918-ci ilin 15 sentyabrında İslam ordusu ermıni daşnak və onların havadarlarından xilas edib.1918-ci il 17 sentyabrda Cümhuriyyətin paytaxtı Bakıya köçürülüb.
1918-ci il noyabrın 9-da bayrağın Türkiyə bayrağına bənzəməsinə görə çar Rusiyası bayrağın ləğv olunmasını tələb edir və nəticədə bayraq Əli bəy Hüseynzadənin dizaynı olan üçrəngli bayraqla əvəz olunur.
İlk dəfə eskizinə uyğun bayrağı tikən insan Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümmülbanu Rəsulzadə olmuşdur. Fətəli Xan Xoyski özünün dediyinə görə ulduzun güşələrinin sayının 1918-ci ildə köhnə əlifba ilə yazılmış Azərbaycan sözünü bildirib. Bəzi fikirlərə görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilər və türkmənlərin) ulduzun 8 guşəsində mövcuddur.
Süleyman Süleymanov,
Zəkalar liseyinin Vl sinif şagirdi
MİA.AZ
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib