Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri istefa verdi - Gülağa Aslanlı isə "Xəbərimiz yoxdur" deyir
19-05-2024 [10:20]
Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib.
Mia.az xəbər verir ki, bu barədə Müsavat Partiyasından Meydan TV-yə məlumat verilib.
Bildirilib ki, Vəfa Cümşüdlü Müsavat Partiyasının son addımlarına, konkret olaraq Prezident Adminstrasiyasının təşəbbüsü ilə baş tutan dialoq platformasında iştirakına etiraz edərək bu qərarı verib.
Xatırladaq ki, mayın 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, ədliyyə və maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
AXCP istisna olmaqla, Müsavat, Müasir Musavat, REAL, Haqq Ədalət, Demokratik İslahatlar, Böyük Quruluş, Ümid, Klassik Xalq Cəbhəsi və digər partiyalar qatılıb.
Tədbirdə Müsavat Partiyasını Gülağa Aslanlı təmsil edib.
Aslanlı ötən gün Meydan TV-yə açıqlamasında deyib ki, tədbirdə iştirakı qurultaydan öncə Divanın qəbul etdiyi qərar əsasında gerçəkləşib.
Vəfa Cümşüdlü Meydan TV-yə istefa verdiyini təsdiqləyib və artıq üzvü olduğu Sumqayıt təşkilatına müraciət etdiyini də deyib.
O qeyd edib ki, indiyə qədər dialoqda iştirak edən partiyaların qaldırdığı heç bir problem hakimiyyət tərəfindən həll edilməyib, əksinə, ölkədə vəziyyət daha da pisləşib, siyasi məhbusların sayı 300-ə çatıb.
Cümşüdlü belə bir şəraitdə Müsavat Partiyasının tədbirə qatılmasını yanlış sayır.
Ona görə də hesab edir ki, belə şərtlər altında fəaliyyətini davam etdirməsi mümkünsüzdür.
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Meydan TV-yə deyib ki, Vəfa Cümşüdlünün istefa verməsindən xəbərsizdir: “Vəfa Cümşüdlünün istefa ərizəsini görməmişəm deyə şərh verə biləmərəm”.
MİA.AZ
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman