"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."

img

15-01-2026 [14:40]


"Mən çoxdandır Alimi tənbeh etmirəm. Cavan vaxtı tövsiyələrimi dinləyirdi. Sonra Xalq artisti oldu, məşhurlaşdı, ona görə də heç nə demirəm". 

Mia.az xəbər verir ki, bu sözləri xanəndə, qəzəlxan Ağakərim Nafiz APA-ya müsahibəsində deyib.

O bildirib ki, Alim Qasımov institutu bitirəndən sonra tələbə kimi onun yanına gəlib: "Onu da deyim ki, muğam ifa edərkən oturmağın da öz qaydası var. Məsələn, Alim düzgün oturmur, çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim, ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O yerdə düz oturmur. Qafqaz xanəndəsi elə oturmaz. O, iranlıların oturma formasıdır. O, oturaq xalqlara aiddir, biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA