ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi

img

07-03-2026 [11:30]


ABŞ yeni silah istehsalını dört qat artırır. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın özü açıqlama verib.

O bildirib ki, Ağ Evdə silah istehsal edən "BAE Systems", "Boeing", "Honeywell Aerospace", "L3Harris Missile Solutions", "Lockheed Martin", "Northrop Grumman" və "Raytheon" şirkətlərinin rəhbərləri ilə görüşüb:  "İstehsal cədvəllərini müzakirə etmək üçün ABŞ-ın ən böyük müdafiə şirkətləri ilə çox məhsuldar görüş keçirdik. Şirkətlər ən qısa müddətdə ən yüksək istehsal həcminə çatmaq istədiyimiz qabaqcıl silahların istehsalını dördqat artırmaq barədə razılığa gəldik".

Tramp deyib  ki, hazırda bəzi silahların ehtiyatı qədərindən çoxdur: "Məsələn, İranda və bu yaxınlarda Venesuelada istifadə etdiyimiz orta və yuxarı orta sinif sursatlarının demək olar ki, limitsiz ehtiyatlarımız var. Ancaq bəzi müasir silahlara ehtiyac var".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA