Lavrov: "Rəisi və Abdullahiyan əsl etibarlı dostlar kimi tanınırdı"

img

20-05-2024 [12:33]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran hakimiyyətinə və xalqına başsağlığı verib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Sergey Lavrov İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin helikopter qəzasında həlak olmasınandan çox sarsıldığını qeyd edib.

Lavrov onları görkəmli siyasi xadimlər və əsl vətənpərvərlər adlandırıb: "Rusiyada Rəisi və Abdullahiyan əsl etibarlı dostlar kimi tanınırdılar. Onların qarşılıqlı faydalı Rusiya-İran əməkdaşlığının və etimada əsaslanan tərəfdaşlığın gücləndirilməsində rolu əvəzsizdir. Mərhumların ailələrinə və yaxınlarına və İran xalqına dərin hüznlə başsağlığı veririk. Bu kədərli anda qəlbimiz sizinlədir”.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA