Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb

img

31-03-2026 [14:15]


Rusiya hökuməti mineral gübrələrin istehsalında istifadə edilən kükürdün ixracına tətbqi edilən qadağanın müddətini uzadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, daxili gübrə istehsalı həcmlərinin saxlanılması məqsədiylə mövcud kükürd ixracına qoyulan qadağanın müddəti 30 iyun 2026-cı ilə qədər uzadılıb.

Xatırladaq ki, Rusiya 1 noyabr 2025-ci il tarixindən kükürd ixracını qadağan etmişdi. 

Lamiyə Əhmədli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA