Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir" 

img

31-03-2026 [09:51]


“ABŞ və İsrailin İrana hücumları ilə dayandıqdan sonar Hörmüz boğazı hansısa formada yenidən açılacaq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bunu ABŞ dövlət katibi Marko Rubio "Əl-Cəzirə"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, İran və ABŞ arasında, əsasən vasitəçilər vasitəsilə danışıqlar davam edir: “Bəli, vasitəçilərin köməyi ilə operativ mesajlar və bəzi hallarda birbaşa danışıqlar davam edir. O səbəbdən sizə deyə bilərəm ki, əməliyyat bitdikdən sonra Hörmüz boğazı bir variantla açılacaq. Əgər İran daha sonar da boğazı açmasa,  zaman ciddi nəticələrlə üzləşəcək”.

Dövlət katibi Rubio iddia edib ki, ABŞ prezidenti Donald Tramp həmişə diplomatiya vasitəsiylə nəticə əldə etməyə üstünlük verir: “Biz buna müharibədən əvvəl çox çalışdıq, lakin Tehran rejimi səyimizi dəyərləndirmədi”.

Rubio etiraf edib ki, ABŞ İranda rejim dəyişikliyinə çalışır: “Belə bir fürsət yaranarsa, ondan dərhal yararlanacağıq. Hazırda İran lideri Əli Xameneinin varisi Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağına qeyri-müəyyəndir. İndi ondan xəbər yoxdur. Ona görə, İran daxilində qərarların necə verildiyi bəlli deyil”

Hüseyn Namazov
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 30.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA