Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"

img

30-03-2026 [09:05]


"İran ABŞ-a 20 neft tankeri hədyyə edib"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dünən bu barədə ona məlumat verilib: "Onlar həmin tankerləri sabahdan (bu gündən - mia.az) bizə təhvil verəcəklər".

Donald Tramp buna baxmayaraq, ABŞ-ın İrana məxsus Xark adasını işğal etmək planından vaz keçmədiklərini də deyib: "Xark adasını ələ keçirə bilərik. Bizim çox variantımız var. Biz o adanı çox asanlıqla ələ keçirə bilərik. Gözləyirik. Çünki İranla danışıq gedir. Onlar bizimm tələblərimizin çoxunu yerinə yetirməyə hazırdır. Biz isə Tehrandan bəzi tələblərimizi yerinə yetirmələrini də gözləyrik. Güman edirəm ki,  tezliklə razılaşma olacaq. Bilirsiniz ki, İranda  faktiki rejim dəyişikliyi baş verib. Mən orada baş verənləri belə qiymətləndirirəm. İndi onlar çox ağıllı davranmağa başlayıblar".

Firudin Səfərli

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:56 27.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA