Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı

img

31-03-2026 [10:31]


Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundovun ev dustaqlığında saxlanılma müddəti uzadılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar çıxarıb.

Hakim xüsusilə külli miqdarda yeyintidə ittiham olunan şəxsin istintaqdan yayınma ehtimalının qarşısının alınması məqsədilə təqdimatı təmin edib.

Qərara əsasən, Axundovun yaşayış yerini dəyişməsini məhdudlaşdıran ev dustaqlığı qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, Z.Axundov Cinayət Mcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Onun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır. O, ölkədə olmadığından tutulması mümkün olmayıb. Qardaşların ikisinin də cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 30.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA